Avropada endirimlər dövrü başladı

Xəbərlər 5 Yanvar 2017 00:00 1190
Avropada endirimlər dövrü başladı

Avropada endirimlər dövrü başladı

İşinizi vaxtında tutsanız, siz də endirim kampaniyalarından yararlana bilərsiniz.

Berlin Potsdamer – platsda yerləşən ticarət mərkəzi

Seyyah.az xairici mətbuata istinadən yeni ildə hansı Avropa və digər dünya ölkələrində ucuz şoppinq imkanlarını oxucularının diqqətinə çatdırır.

 Aaxen, Şimali Reyn - Vestfaliya, Almaniya

Almaniyada Yeni il (qış) endirimləri hər yerdən əvvəl başlayır. Almaniya şəhərlərinin küçələrində yeni il oyuncaqları ilə birgə “Endirim” işarələri də peydə olur. Yeni ilə qədər elə də böyük endirimlər olmasa da, yanvarın ilk bazar ertəsindən növbəti 2 həftə “Winterschlussverkauf” ən ucuz qiymətlər dövrü başlayır.

Satıcılar bayramdan qalmış yeni il əşyalarını (oyuncaqlar, zərlər, hədiyyə qutuları və s.) endirimlə satır, yarmarkalarda sonuncu qlitveynlər süzülür, peçenyalar pulsuz paylanılır.

Əgər siz uzun zaman nəsə böyük bir alış-veriş planlaşdırırdınızsa, o zaman bayramlardan sonra başlayan endirimlər həftəsini gözləyin. Bu müddət ərzində çox münasib qiymətə paltar, ayaqqabı, kosmetik vasitələr, eyni zamanda əsl alman keyfiyyəti ilə seçilən məişət texnikasını əldə edə bilərsiniz.                                                    

“Mall of Scandinavia” ticarət mərkəzinin yeni il interyeri Stokholm, İsveç

İsveçdə qış edirimləri katolik Yeni ilindən dərhal sonra başlayır və fevralın ortasına qədər davam edir. Paytaxt Stokholma bir çox turist və ölkənin əyalətlərində yaşayanlar gələrək, bütün bazar və ticarət mərkəzlərini zəpt edirlər. Bu zaman bir çox endirim kampaniyalardan baş çıxarmaq və ticarət mərkəzindən itməmək üçün turistlər şoppinq -  müşavirlərinin xidmətlərindən istifadə edirlər. Müşavirin köməyi ilə siz 50 – 70 % edirimlə praktiki olaraq hər bir şeyi satın ala bilərsiniz. Ən yaxşı təkliflərdən yararlanmaq üçün “Barkarby” və “Gekas” mərkəzlərinə baş çəkməyi unutmayın.

İsveçdə skandivan üslubda hazırlanmış, interyer əşyaları satan mağaza və böyük bazarlar çox populyardır. 

Əgər siz lakonik və eleqant üslubun həvəskarısınızsa məhz bura sizin yerinizdir. Skandinaviya üslubu mütləq şərt deyil, fərqli əşyalar əldə etmək üçün Stokholmda dəbdəbəli mağazaları ilə məşhur Estermalm rayonuna baş çəkmək lazımdır. Burada siz antikvar mebel əşyaları və müasir dizaynlı mebel nümunələri tapa bilərsiniz.

Həmçinin yerli fabriklərdə təbii məhsullardan hazırlanmış kosmetik vasitələri almağa unutmayın. İsveçdə vegetarian malları, təbii parçalardan hazırlanmış paltarlar, ayaqqabı və digər ekoloji təmiz məhsulların satışı ilə məşğul olan bir çox mağazalar var.

Yeni il qabağı “Jumbo” ticarət mərkəzi Helsinki, Finlandiya

Filandiyada endirimlər rəsmi olaraq dekabrın 27-dən başlayır. Mağaza vitrinlərində “ale” və ya “alennus” (mövsüm edirimlər) yazılarını axtarın. Ancaq diqqətinizdə olsun ki, 70 – 80 % göstərilən endirimlər yerində heç də o qədər olmur. Endirimlər faktiki olaraq 25 - 35 % təşkil edir.

Real 50% endirimlərə ancaq yanvardan rast gəlmək mümkündür. Lakin o dövr üçün mağazada təqdim olunan malların çeşidi azalır.

Əgər siz geyim və qış idman növləri üçün zəruri avadanlıq almağı planlaşdırırsınızsa, yadda saxlayın ki, onların qiyməti bir başa mövcud hava şəraitindən asılıdır. Yəni havalar bu il nə qədər tez istiləşsə, endirimlər də bir o qədər böyük olacaq. Helsinkidə satın alınan 3-cü, 4-cü malın pulsuz olduğu aksiyalara rast gəlmək olar. Amma belə təkliflərdə alınan malı dəyişdirmək bir az çətin məsələdir. Ona görə də nəsə almamışdan öncə mala diqqətlə baxın və əlbəttə qiymətinə fikir verin.  

Böyük Britaniya Ricet küçəsi, Londonun mərkəzi

Dünyanın bir çox ölkələrində endirim kampaniyaları hay-küylü və idarə olunmayan adam kütləsi olduğu halda, təmkinli ingilislər bu stereotipə uyğun deyillər. Yeni il axşamı ilk endirim kampaniyaları internetdə daha sonra, növbəti gün mağazalarda başlayır. Yeni il endirimləri zamanı mağazaların önündə açılışdan öncə növbələr görsəniz təəccüblənməyin.

İlk 2 həftədə endirimlər cəmi 20 – 30 % təşkil edir, lakin bu ingilislər üçün heç də az deyil, ona görə də onlar cəsarətlə şoppinq etməyə yollanırlar.

Endirim kampaniyası yanvarın 26-na qədər davam edir və o, an üçün endirilmlər 75% çatır. Həmin dövr mass-marketlərdə (ucuz şəbəkə mağazaları) paltar və kosmetika satın alınması üçün çox sərfəlidir. Öz növbələrində dünyaca məşhur brendlər də endirim dövründə istehlakçıları keçmiş mövsüm kolleksiyalarına sərfəli qiymət təklifləri ilə sevindirir.

Viktoriya şəhərinin yuxarı hissısi, Kanada 

Kanadada mövsüm endirimləri dekabr üçün nəzərdə tutulub. Bir qayda olaraq, yanvarda endirim kampaniyaları artıq bitir. Ancaq bayram endirimlərdən sonra kiçik, həyatyani bazarlarda canlanma başlayır. Kanada da bunu “Fleamarket” (bit bazar) adlandırırlar. Belə bazarlarda sakinlər öz evlərində onlara lazım olmayan kiçik əşyaları satışa çıxardırlar.

Torontoda yerləşən “Bayview Village” ticarət mərkəzində endirimlər bir başa dəhlizlərdə təşkil olunur. Təklif olunan 20  - 70% endirimlərin əsas məqsədi satılmamış mallardan can qurtarmaqdır. Bəzi supermarket və ticarət mərkəzlərində bir malın endirim günü elan olunur. Məsələn bu gün bütün növ makaron məmulatları yarı qiymətə, sabah isə eyni endirim bütün konservləşdirilmiş qidalara tətbiq olunacaq.

 

İstər - istəməz hər ikisindən alaraq, qış üçün tədarük edəcəksən. 

OXŞAR XƏBƏRLƏR