Bakı sərnişin stansiyasında yenidənqurma işləri bitmək üzrədir. Nəzərə alsaq ki, vağzallar şəhərlərin, xüsusilə də paytaxtların, giriş qapısı sayılır, çünki qonaqlar ilk növbədə təəssuratlarını məhz ordan alırlar. Bu ilk təəssurat da çox vacibdir: səyahətə əhval-ruhiyyə verir, xüsusi atmosfer yaradır. Buna görə də Dəmiryol Vağzalının müasirləşdirilməsi şərt idi. Və 2015-ci ilin mart ayında əsaslı təmir işlərinə start verilib.
Xatırladaq ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı mavritaniya üsubu ilə seçilir və bu üslub paytaxt sakinlərinin böyük rəğbətilə qorunub saxlanılıb.
Bilet kassaları, sərnişin platformaları əsaslı təmir olunub, yeni eskalatorlar quraşdırılıb. 1 ədəd yük, 2 ədəd sərnişin və 1 ədəd əlillər üçün panoram-lift hazırlanıb.
Vağzalın ərazisində artıq bir neçə brend mağazalar fəaliyyətə başlayıblar.
Onu da qeyd edək ki, vağzal binasının ikinci mərtəbəsində ASAN kommunal fəaliyyət göstərəcək. Sərnişinlər pulsuz Wi-Fİ-dan istifadə edəcəklər. Bundan əlavə, mehmanxana da yenidən turistləri qəbul edəcək. Lakin onun ulduzu olmayacaq, qonaq evi kimi fəaliyyət göstərəcək.
Sizə yenilənmiş vağzalın fotolarını təqdim edirik.