Kapadokyanın ən gözəl oteli – FOTOLAR- QİYMƏT

Xəbərlər 7 Yanvar 2017 00:00 1217
Kapadokyanın ən gözəl oteli – FOTOLAR- QİYMƏT

İçi mağaraya bənzər, mənzərəsi gözəl qəsəbəyə və təbiət hadisəsi nəticəsində yaranan qayalara açılan, üstəlik türk mətbəxinin bütün ləziz nümunələrini təklif edən bir oteldə kim qalmaq istəməz? Diqqətlə oxuyun, sizə kiçik amma işinizə çox yarayacaq bir sirr açacağıq. Sadaladığımız bütün bu gözəlliklər Kapadokyanın Görəmə qəsəbəsində yerləşən Historical Görəmə House otelində cəmlənib. İddia edirik ki, burda özünüzü evinizdəki kimi hiss edəcəksiniz.

Historical Göreme House Görəmənin mərkəzində (Kapadokya), Qaferli Məhəlləsi, Hacı Dərviş küçəsi 16 ünvanında yerləşir.  Bütün otaqlarda mini bar, özəl hamam otağı mövcuddur. Otelin qeydiyyat şöbəsi 24 saat açıqdır.  Üstəlik bu otel Kapadokyada cibinizə ən münasib otellərdən sayılır. Düşünün, az büdcəylə möhtəşəm bir oteldə qalmaq imkanı əldə edirsiniz.

Önümüzdəki 21 gün ərzində oteldə standart otaqda gecələmək (səhər yeməyi daxil )cəmi 49azn-dir. 

Otelin terasından Görəmə qəsəbəsinin sözlə ifadə edilə bilməyəcək qədər möhtəşəm mənzərəsini və bu bölgənin simvolu sayılan uçan şarları seyr etmək mümkündür. Bir də bu gözəl mənzərəyə açılan terasda yediyiniz səhər yeməyini təsəvvür edin. Otelin restoranında həm səhər, həm günorta, həm də axşam yeməyi yeyə bilərsiniz ki, Historical Göreme House yerli mətbəxin bütün ləziz təamlarını təklif edir.

Otel həmçinin müştərilərinə balon, türk hamamı, qırmızı, yaşıl və istəkdən asılı olaraq özəl turlar  təşkil edir. Turlardan yararlanıb, yararlanmamaq müştərinin öz istəyinə bağlıdır.  Historical Görəmə House otelində Booking.com tətbiqi vasitəsilə də yer ayıra bilərsiniz. Tətilinizi həm tarixi, həm mədəni bilgilərlə zəngin bir turizm bölgəsində keçirməyə dəyər. Hesab edin ki, Historical Göreme House sizin Kapadokyadakı evinizdir.

 

 

OXŞAR XƏBƏRLƏR