"InTravel Az" işçi axtarır - VAKANSİYA

Xəbərlər 8 Yanvar 2017 00:00 701
"InTravel Az" işçi axtarır - VAKANSİYA

TURİZM ÜZRƏ MENECER 300-500 AZN

İş barədə məlumat

- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması 
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması 
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması 
- Otellərin bronlaşdırılması 
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması 
- Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi 
- İş saatları: 10:00–19:00; Şənbə günü: 10:00-16:00 
- İstirahət günü - Bazar günü 
- Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər

Namizədə tələblər

- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq 
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir) 
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq 
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq 
- Məsuliyyətli və diqqətli olmaq 
- Gülərüz və özünə qarşı tələbkar olmaq 
- Vaxtın idarəolunması bacarığına malik olmaq 
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq

Qeyd: Turizm səhəsində təhsil almış namizədlər 3 aylıq təcrübə proqramını uğurla keçdikdən sonra işə qəbul oluna 
bilərlər. 
Şəkilli CV-lərinizi göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Telefon:    (012) 511-15-41   (050) 511-15-21

 

E-mail:   info@intravel.az

 

OXŞAR XƏBƏRLƏR