Təyyarədə alkaqollu içki - QADAĞAN OLUNA BİLƏR

Xəbərlər 9 Yanvar 2017 00:00 170
Təyyarədə alkaqollu içki - QADAĞAN OLUNA BİLƏR

Rusiyada 2017-ci ildən aviaxidmətlərlə bağlı yeni qanun qüvvəyə minə bilər. “Rosaviasiya”nın təklifinə əsasən Rusiya aviaşirkətlərində  təyyarələrdə spirtli içkilərin verilməsini qadağan edən qanun müzakirə olunur.

Bu barədə Seyyah.az Rusiya KİV-lərinə istinadən məlumat verir. Səslənən fikirlərə görə, qanunun tətbiqi təyyarədə baş verəcək xoşa gəlməz hadisələrin qarşısını alacaq.

Lakin qanunun mənfi tərəfinin olduğunu iddia edənlər də var. Belə ki, əcnəbi avişirkətlərdə spirtli içkilərin verilməsi Rusiya aviaşirkətlərinə rəqabətə tab gətirməməsinə şərait yaradacaq. Bundan başqa ekspertlərin fikrincə, yeni qanun aviaşirkətlərin gəlirlərinə təsir edəcə.

Qeyd edək ki, indi ekanom siniflərdə içki ayrıca pul ödənilməklə müştərilərə satılır.

Mənbə: turizm.fins

OXŞAR XƏBƏRLƏR