“Qiymətlər qalxıb, biletlər bahalaşıb"

Ekspertlər deyirlər ki, qiymətlər baha olduğundan və terror təhlükəsinə görə xaricə getmək istəyənlərin sayında ciddi azalma var.

İnsanlar hər dəfə Yeni İli fərqli şəkildə qeyd etmək istəyir. Bu il daha çox nəzərə çarpan fərqlərdən biri isə Yeni İlin xarici ölkələrdə qeyd edilməsidir. Amma ekspertlər iddia edirlər ki, ötən illərə nisbətən bu il bayramı xaricdə qeyd edənlər azdır. “Qafqaz travel”in direktoru Kəmalə Quliyeva “Sputnik”ə açıqlamasında bildirib ki, bu il Azərbaycandan Dubaya və Avropa ölkələrinə üz tutan turistlərin sayı azalıb: “Qiymətlər qalxıb, biletlər bahalaşıb. Ölkədən gedən və ölkəyə gələn turistlərin sayı azdır. Yerli turistlər isə daha çox Dubay və ərəb dövlətlərinə gedirlər”. Kəmalə Quliyevanın sözlərinə görə, Türkiyədə baş verən terror hadisələri səbəbindən oraya üz tutan azərbaycanlı turistlərin sayı xüsusilə azalıb. “Türkiyə ilə maraqlananlar olsa da, bayram ərəfəsində bizim vasitəmizlə oraya gedənlər olmayıb”, — deyə o bildirib.

İqtisadçı-ekspert Əli Əlirzayevin sözlərinə görə isə, bu il Azərbaycana gələnlərin sayı gedənlərin sayından çoxdur: “Bayramla əlaqədar olaraq Rusiyadan, ərəb ölkələrindən, Türkiyə və İrandan bura gələnlər çoxdur. Ona görə də, belə getsə, turizm daha da inkişaf edəcək”. 

Ekspert bildirib ki, Azərbaycanda daxili turizm xarici turizmdən daha çox inkişaf edib: “Yerli əhali Azərbaycanın daxilinə daha çox üstünlük verir. Xarici ölkələrə gedənlərin əksəriyyəti isə müalicə üçün gedənlərdir. Bayram ərəfəsində əhalinin əksər hissəsi rayonlara və qış istirahət mərkəzlərinə üz tutublar”. Əli Əlirzayev bildirib ki, bu il xarici turizmin zəifləməsinin əsas səbəbi xaricə getmək üçün lazım olan valyutanın tapılmamasıdır. Manatın dəyərdən düşməsi isə bu sahəyə daha pis təsir edir. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun sözlərinə görə isə, azərbaycanlılar Yeni İli keçirmək üçün daha çox Gürcüstan, Rusiya, Türkiyə və Çexiyaya üz tutublar. Turistlərin müəyyən bir hissəsi isə Almaniyaya gedib.

“Ölkələr üzrə gedən turistlərin sayında müəyyən azalmalar olub. Məsələn 2015-ci ildə Türkiyəyə daha çox insan gedirdi. Terror və digər hadisələr səbəbindən indi oraya gedənlərin sayı azdır. Avropa İttifaqı ölkələrinə də nisbətən az insanın getdiyi müşahidə olunur. Buna isə valyuta məzənnəsi təsir göstərib”, — deyə o bildirib.

Azər Allahverənov əlavə edib ki, Gürcüstana üz tutan turistlərin sayında artım müşahidə olunub: “Gürcüstana Yeni İl bayramını qeyd etmək üçün gedənlərin sayı hər il artır. Bu, Gürcüstanın Azərbaycana daha yaxın olması və qiymətlərin nisbətən ucuz olması ilə bağlıdır”.

 

Mənbə: Sputnik

Oxunub: 163
Tarix: 09-01-2017
Get Adobe Flash player
Tur axtar
Ölkə seçin
Şəhər seçin

Get Adobe Flash player
Otel və ist. mərkəzi axtar
Rayon seçin

Biz facebook-da