Azərbaycanda tam fərqli teatr yaradılacaq

Xəbərlər 9 Yanvar 2017 00:00 164
Azərbaycanda tam fərqli teatr yaradılacaq

Sabah saat 17.00-da Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində İcma Teatrının təqdimatı keçiriləcək.

İcma Teatrı Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov tərəfindən "Məndən də yaxşı et" layihəsi çərçivəsində yaradılıb. Layihənin məqsədi əlilliyi olan insanlara peşəkar teatr vərdişlərini aşılamaqdır.

Bu işdə onlara peşəkar aktyorlar, rejissorlar və psixoloqlar yardımçı olur.

OXŞAR XƏBƏRLƏR