Fevralın 16-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən Seyyah.az-a bildirilib ki, “jAzzeri Bands” caz musiqisi axşamında Əməkdar İncəsənət xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Xalq Artisti Ənvər Sadıqov, Əməkdar artistlər Akif Süleymanbəyli və Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), “Rast” və “Qaya” qrupları çıxış edəcək.
Caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.
Biletləri “iTicket.az” saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
Mənbə: azertag