Azərbaycanda 2 yeni - HOTEL TİKİLİR

Azərbaycanın cənub bölgəsi Lənkəranda iki böyük hotel tikilir. Seyyah.az xəbər verir ki, hotellərdən birinin tikintisini “Paşa Holding” həyata keçirir.

Lənkəran Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, hotel Lənkəranda şəhər mərkəzindən 10 kilometr aralıda, Avtonu qəsəbəsində yerləşir. Qeyd edək ki, yeni hotel keçmiş pansionatın yerində tikilir. Pansionat Sovet dövründə tikilib və 1995-1996-cı illərdən sonra uzun müddət istifadəsiz qalıb.

Məlumata görə,  pansionatda 1990-cı illərdə məcburi köçkünlər  yerləşdirilib. Lakin hotel tikilməsi ilə əlaqədər həmin ailələr başqa yerlərdə evlə təmin edilirərək köçürülüb. 

Lənkəran Turizm İnformasiya Mərkəzindən bildiriblər ki, şəhərin girəcəyində də yeni hotel tikilir. Hotelin “Gilan Holding” tərəfindən tikildiyi bildirildi. Hotelin tikintisinə 2015-ci ildən başlanılıb.

 

Qeyd edək ki, yeni hotel 5 ulduzlu olacaq. Həmçinin, oteldə regionun ən böyük aquaparkının olacağı bildirilir. Aquaparka eyni vaxtda 600 nəfər daxil ola biləcək.

Oxunub: 120
Tarix: 09-01-2017
Get Adobe Flash player
Tur axtar
Ölkə seçin
Şəhər seçin

Get Adobe Flash player
Otel və ist. mərkəzi axtar
Rayon seçin

Biz facebook-da