Almaniyanın qiymətləndirmə mərkəzi olan “Jet Airliner Crash Data Evaluation Center” şirkəti dünyanın ən təhlükəsiz aviaşirkətinin adını açıqlayıb. Seyyah.az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, 2016-cı ilin ən təhlükəsiz aviaşirkəti adını Honkonqun “Cathay Pacific” şirkəti qazanıb.
Sıralamanın ikinci pilləsində isə Yeni Zelandiyaya məxsus “Air New Zealand” aviaşirkəti qərarlaşıb. Üçlüyü isə Çinin “Hainan Airlines” şirkəti tamamlayır.
Siyahıda növbəti pillələrdə ardıcıl olaraq Qətərin “Qatar Airways”, Niderlandın “KLM”, Tayvanın “EVA Air”, BƏƏ-nin “Emirates” “Etihad Airways” şirkətləri qərarlaşıb.
Ümumilikdə siyahıda 60 şirkətin adı yer alıb.
Mənbə: turizm.fins