Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sənayesi obyektlərində monitorinqlər keçirilir. Nazirlikdən Seyyah.az-a verilən məlumata görə, monitorinqlər zamanı 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan I Avropa İdman Oyunları zamanı ölkəmizə gələcək turistərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsinin yoxlanılması da nəzərdə tutulub.
Monitorinqlərin il ərzində 3 mərhələdə keçirilməsi planlaşdırılır. Hazırda 1 mərhələ üzrə Bakı-Abşeron bölgəsində monitorinqlərin keçirilməsi davam etdirilir (31.03.2014 - 29.04.2014). Növbəti monitorinqlər yay mövsümü ərəfəsində (23.06.2014 - 22.07.2014) respublikamızın digər regionlarında keçiriləcəkdir. Yay mövsümündən sonra (15.10.2014 - 13.11.2014) isə monitorinqlər Bakı-Abşeron bölgəsində davam etdiriləcək.