"Qatar Airways"-dən səyahət festivalı imkanları – QİYMƏTLƏR

"Qatar Airways" aviaşirkəti müştərilərinə yeni təkliflər edir.  Şirkət 9-16 yanvar tarixlərində biznes və ekonom siniflərdə müştərilərə xüsusi qiymət endirimi, yoldaş endirimi, qrup endirimi tətbiq edəcək. Uşaqlar üçün isə uçuş pulsuz olacaq. Bu barədə Seyyah.az-a "Qatar Airways" şirkətindən məlumat verilib.

Bildirilib ki, şirkət müştəriləri  üçün 2017-ci ildə yeni istiqamətlərini təqdim edəcək. Bu istiqamətlər Yeni Zealandiyada Okland, Avstraliyada Kanberra, İrlandiyada Dublin, Amerika Birləşmiş Ştatlarında Las Veqas, Braziliyada Rio-de-Janeyro, Çilidə Santyaqo və s. şəhərlərdi. Təklif 11 yanvar – 15 dekabr 2017 tarixləri arası səyahət üçün ekonom və biznes sinifdə gediş-dönüşlü biletlərə şamil edilir və Asiya, Avropa, Afrika, Amerika, Sinay yarımadası və s. boyunca “Qatar Airways”-in 150-dən çox istiqamətinə şamil edilir.

Müştərilər Nyu Yorka cəmi 646 manatdan başlayan qiymətlə uça biləcəklər.  Maldivdə bitməz yayın dadını çıxarmaq üçün Maleyə 982 manata səyahət edə və ya heç bir yerdə olmayan qədər unikal ərəb mədəniyyətini görmək üçün Dubaya 429 manata səyahət edə bilərlər.

İlk dəfə olaraq  "Qatar Airways" "Visa" şirkəti ilə əməkdaşlıq edərək, "Visa" kart sahiblərinə uçuşlarda əlavə 15%-dək endirim təklif edir. Bundan başqa, müştərilər “Qatar Airways”-in “AccorHotels”-lə olan əməkdaşlığından faydalanaraq hava yolu şirkətinin saytında edilən bronlara 10% endirim əldə etməklə yanaşı, "Expedia" üzərindən birlikdə edilən hava yolu və hotel rezervasiyalarına  qiymət endirimi əldə edəcəklər.

"Qatar Airways" Səyahət Festivalından faydalanan müştərilər iki səyahəti birləşdirib Dohaya səyahət edə bilərlər. Yeni tranzit vizası ilə müştərilər Dohaya pulsuz tranzit vizası əldə edib 96 saata qədər qala bilərlər

Mənbə: turizm.fins

Oxunub: 146
Tarix: 10-01-2017
Get Adobe Flash player
Tur axtar
Ölkə seçin
Şəhər seçin

Get Adobe Flash player
Otel və ist. mərkəzi axtar
Rayon seçin

Biz facebook-da