Bakı-İstanbul reysləri bərpa olunur – AÇIQLAMA

"Türk Hava Yolları" (THY) aviaşirkəti bu gün səhər saatlarına olan İstanbul-Bakı və Bakı-İstanbul reyslərini ləğv edib. "Türk Hava Yolları"nın Bakı ofisindən Seyyah.az-a verilən məlumata görə, yanvarın 10-da  saat 4:45-də həyata keçirilən 339 saylı və 07:50 –də həyata keçirilən 337 saylı reyslər təxirə salınıb. Lakin AZAL-dan verilən məlumata görə, Bakıdan İstanbula olan heç bir aviareys təxirə salınmayıb.

Lakin bu axşam Bakıdan 20:55 olacaq reys İstanbula yola düşəcək. Həmçinin növbəti gün 4:45 –də və 7:50-də olan aviareyslər də həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyədə qarlı-şaxtalı hava şəraiti səbəbindən THY son 4 gündə İstanbul aeroportlarından 1000-dən çox uçuşu ləğv edib.

Ümumilikdə, "Türk Hava Yolları"nın yanvarın 4-dən 989 aviareysi ləğv edilib. Ötən gün isə bu göstərici 1400-ü keçib. Bu gün də 121 reysin ləğv edildiyi bildirilir.

Oxunub: 134
Tarix: 10-01-2017
Get Adobe Flash player
Tur axtar
Ölkə seçin
Şəhər seçin

Get Adobe Flash player
Otel və ist. mərkəzi axtar
Rayon seçin

Biz facebook-da