Özbəkistan 21 ölkə ilə vizanı ləğv edir

Xəbərlər 10 Yanvar 2017 00:00 206
Özbəkistan 21 ölkə ilə vizanı ləğv edir

Özbəkistan 21 ölkə ilə viza rejimini ləğv edir. Turizm.fins.az Özbəkistan prezidenti Şövkət Mirzəyevin  rəsmi internet səhifəsinə istinadən xəbər verir ki,  yeni qanun 2021-ci il  yanvarın 1-dən  etibarən qüvvəyə minəcək.

İlkin olaraq qanunun 2017-ci il aprelin 1-dən  etibarən qüvvəyə minməsi planlaşdırılırdı. Lakin sonradan bu qərar ləğv olunub. Buna səbəb maddi-texniki bazanın yaradılması üçün daha çox  vaxtın tələb  olunması olub.

Qanun lahiyəsinin ölkənin turizminin inkişafına xidmət etdiyi bildirilir. Lakin Özbəkistanın Azərbaycandakı səfirliyindən Seyyah.az-a verilən məlumata görə, onlara bu barədə hələki heç bir rəsmi məlumat verilməyib.

 

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının Özbəkistana səfəri üçün vizaya ehtiyac yoxdur.

OXŞAR XƏBƏRLƏR