Formula 1-ə ən çox bilet alan ölkələrin – SİYAHISI

"Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün artıq 27 ölkədən biletlər alınıb".

Seyyah.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində deyib.

N.Arpadarai bildirib ki, 2016-cı il dekabrın 2-dən bu günədək satılan biletlərin 62,3 faizi Rusiyanın, 8,9 faizi Böyük Britaniyanın, 8,1 faizi Azərbaycanın payına düşür. Bilet alışına görə ilk onluğa daxil olan ölkələr Rusiya, Böyük Britaniya, Azərbaycan, Almaniya, Gürcüstan, Ukrayna, Monako, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan və İsveçrədir. Çin, Sinqapur və Vyetnam kimi Asiya ölkələrindən də 2017 Formula Azərbaycan Qran Prisinə maraq göstərənlər var.

 

Hazırda biletlər 30 faizədək endirimli qiymətlərlə təklif olunur. Bu kampaniya yanvarın 31-dək davam edəcək və növbəti endirim olmayacaq.

Oxunub: 146
Tarix: 10-01-2017
Get Adobe Flash player
Tur axtar
Ölkə seçin
Şəhər seçin

Get Adobe Flash player
Otel və ist. mərkəzi axtar
Rayon seçin

Biz facebook-da