Elvis Preslinin ev muzeyi əyləncə mərkəzinə çevriləcək

Əfsanəvi musiqiçi Elvis Preslinin ABŞ-da yerləşən "Qreyslend" ev muzeyində əyləncə mərkəzi açılacaq.

Əyləncə mərkəzinin 19 min kv. m. ərazisində sərgi zalları, görkəmli müğənniyə həsr olunan muzey, onun avtomobillərindən ibarət qalereya, iki restoran, kinoteatr və 2000 yerlik konsert zalı fəaliyyət göstərəcək. Bu, "Qreyslend"in turistik abidə kimi inkişafına yönəldilmiş 140 milyon dollarlıq layihənin bir hissəsidir. Əyləncə mərkəzinin açılışı martın 2-də baş tutacaq.

Qeyd edək ki, "Qreyslend" 1977-ci ildə Preslinin ölümündən sonra muzeyə çevrilib. Bu məkan ABŞ-da "Ağ ev"dən sonra turistlər tərəfindən ən çox ziyarət olunan ikinci yerdir. İl ərzində "Qreyslend" 600 mindən çox ziyarətçi qəbul edir.

Mənbə: http://www.buro247.az/lifestyle/news/elvis-preslinin-ev-muzeyi-yl-nc-m-rk-zin-evril-c-k.html

Oxunub: 69
Tarix: 11-01-2017
Get Adobe Flash player
Tur axtar
Ölkə seçin
Şəhər seçin

Get Adobe Flash player
Otel və ist. mərkəzi axtar
Rayon seçin

Biz facebook-da