Həftə sonu yaxınlaşır. Bu isə o deməkdir ki, artıq istirahət barədə düşünmək vaxtıdır. Bəs şənbə və bazarı harada daha maraqlı və xoş keçirmək olar?
Həftə boyu gərgin iş mühiti insanları o ki, var yorur . Ona görə də Səyyah.az ənənəvi olaraq həftəsonu turlarını təqdim edərək size gərginlikdən xilas etməyə çalışır.
Artıq qış mövsümü başladığından turizm şirkətləri “Şahdağ və Tufandağ”a xizək turlarına üstünlük verirlər. Amma indi bu istiqamətlərin yanına biri də əlavə olunub. Yeni istiqamətlərdən biri Qax İlİsudur".
"Qax Snow Tubing İlisu" turu
“İnturist travel” Qax Snow Tubing Park Ilisuya 1 gecə 2 günlük turlar təşkil edir. Tur 14-15 yanvar tarixlərini əhatə edir. Tura qatılanlar 5 ulduzlu “El Resort” oteldə yerləşdiriləcəklər. Tura Nəqliyyat xidməti (Bakı-İlusu-Bakı), yol boyu avtobusda əyləncəli oyunlar və viktorinalar daxildir.
İştirakçılar oteldə qaldıqları müddət ərzində 4 dəfə (2 səhər, 1 nahar, 1 şam yeməyi) yeməklə təmin olunacaqlar. Həmçinin Tubing Parka giriş və Tubinglərdə sürüşmə kaskalar tura daxildir.
Eyni zamanda tur iştirakçıları Sumuq Qala, Ulu Körpü, Səngər Bulaq, Qax İçəri Bazara təşkil olunan ekskursiyalarda pulsuz iştirak edə bilərlər. Turun 1 nəfər üçün qiyməti 99 manatdır. Göstərilən qiymətə sağlıq sığortası da daxildir.
Qeyd edək ki, Snow Tubingdən istifadə zamanı xəsarət alanlar 2 min manat dəyərində sığorta olunurlar. Tura 14 yanvarda 06:45 – da Axundov Kitabxanasının qarşısında toplaşdıqdan sonra başlanılacaq.
"Şahdağ" turu
“Proxy travel” 13-14 yanvarda Şahdağ və Tufandağa tur təşkil edir. Tura nəqliyyat xidməti, səhər yeməyi, xizəklərin qabaqcadan rezarvasiya edilməsi, çay süfrəsi, fotosessiya və bələdçi xidməti daxildir. Qusar Şahdağ turu 1 nəfər üçün 23 manat, Qəbələ Tufandağ turu isə 1 nəfər üçün 24 manatdır. Qiymətə nəqliyyat, səhər yeməyi, xizəklərin qabaqcadan rezervasiyası ,bələdçi, çay süfrəsi, fotosessiya daxildir.
Qeyd edək ki, əvvəlcədən ofisdə qeydiyyatdan keçib xizək ləvazimatlarının ödənişini etməyən şəxslər xizəksiz qala bilər. “Proxy travel” şirkəti Şahdağda turist çoxluğunu nəzərə alaraq tur günü kirayədə xizəyin qalıb qalmamasına zəmanət vermir. Ona görə də xizək üçün əvvəlcədən qeydiyyat vacibdir.
"Quba Qusar Şahdağ" turu
Sözügedən tur 14-15 yanvarda baş tutacaq və 2 gün 1 gecəni əhatə edir. Tura daxildir: Nəqliyyat, “Holiday Village” oteldə gecələmə 4 dəfə qidalanma, 2 səhər yeməyi, 1 nahar yeməyi , 1 şam yeməyi, çay süfrəsi və diskoteka daxildir. Turun qiyməti 79 manatdır. Qiymət 2, 3, 4 nəfərlik otaqlarda 1 nəfər üçün nəzərdə tutulub. 5 yaşa qədər 1 uşaq turda pulsuz iştirak edə bilər. Oteldə əyləncələrdən istifadə qiymətə daxil deyil.
2 günlük turlar
“Pandora travel” İsmayıllı-Tufandağ və Quba-Qusar –Şahdağa 2 günlük turlar təşkil edir. İsmayıllı-Tufandağ turu 21-22 yanvar tarixlərini əhatə edir. Turun qiyməti 82 manatdır. Qiymətə nəqliyyat “Green House” otelində gecələmə, səhər yeməyi və Tufandağ kompleksinə giriş daxildir.
21-22 yanvarda Quba-Qusar-Şahdağ turu da baş tutacaq. Turun qiyməti 57 manatdır. Tura nəqliyyat, səhər yeməyi, “ Ay Pine” oteldə gecələmə daxildir.
"Qəbələ - Tufandağ"
“Granitaz” turizm şirkəti 15 yanvar tarixində “Qəbələ-Tufandağ”a tur təşkil edir. Şirkətin xidmətinə nəqliyyat, səhər yeməyi, çay süfrəsi, foto çəkiliş və tur rəhbər daxildir. Həmçinin, yol boyu əyləncəli oyunlar,qaliblərə hədiyyələr və növbəti turlarda pulsuz iştirak etmək şansı kimi mükafatı olan yarışlar keçirilir. Turun qiyməti 15 manatdır.
Qeyd edək ki, 10+1 kampaniyası turda keçərlidir. Əgər tura qatılanlar qrup halındadırlarsa o zaman qrupun 11-ci üzvü turda pulsuz iştirak edir. Həmçinin 0-5 yaş arası uşaqlar yer tutmamaq şərti ilə pulsuzdur.
Eləcə də bax, Seyyah.az daxili turlar