"Star Wars"a həsr olunan hotel açılacaq

Xəbərlər 13 Yanvar 2017 00:00 680
"Star Wars"a həsr olunan hotel açılacaq

Amerikalı rejissor Corc Lukas Los-Ancelesdə əfsanəvi “Ulduz müharibələri” kinosaqasına həsr olunan muzey açacaq.

Los-Ancelesin "Exposition" parkının ərazisində tikiləcək muzey üçün Lukas şəxsi büdcəsindən bir milyard dollara yaxın vəsait ayıracaq. Muzeydə sərgilənən eksponatlar arasında məşhur "Ulduz müharibələri" filmlər seriyasından Dart Veyderin orijinal maskası və amerikalı rəssam Norman Rokvellin əl işləri də yer alacaq.

Qeyd edək ki, "Forbes" jurnalı 2016-cı ildə Corc Lukası ABŞ-ın ən varlı məşhuru adlandırıb. Onun varidatı 4,6 milyard dollarında dəyərləndirilir.

Mənbə: buro247

OXŞAR XƏBƏRLƏR