London – Böyük Britaniyanın turizm marşrutlarının mərkəzidir, bütün dünyadan olan səyahətçilər buraya gəlməyə can atırlar. İnanılmaz dərəcədə zəngin əyləncə məkanlarının yerləşdiyi bu şəhərdə hər kəs ürəyincə olan məşğuliyyət tapa bilər.
Beləliklə, hər bir turistin görməli olduğu Londonun ən məşhur gəzməli-görməli yerlərinin top beşliyini təqdim edirik:
London Qalası – şəhərin və min illik tarixə malik ölkənin əsas rəmzlərindən biridir. Qala çox sayda sehirli əfsanə və sirləri özündə saxlayır, axı o, kralların evi, həbsxana, sikkəxana və hətta zoopark olmuşdur!
Necə getməli: ən yaxın metro stansiyaları Tauer Hill və London Bric
Giriş haqqı: 20 funtdan başlayır
Bakı ⇄ London 20.02.2017 – 28.02.2017 – 672 AZN

Tauer körpüsü – dünya üzrə ən məşhur və tanınmış görməli yerlərdən biridir. Açılan körpü Tauer körpüsündən yuxarıda yerləşir və viktorian mühəndisliyinin nümunəsidir. Körpü, Temza çayında üzən gəmilərin keçməsi üçün gündə iki və ya üç dəfə açılır. Körpünün qüllələrindən şəhərə möhtəşəm mənzərə açılır, ona görə də mütləq tikililərin daxilinə ekskursiya sifariş edin.
Necə getməli: ən yaxın metro stansiyaları Tauer Hill və London Bric
Giriş haqqı: 20 funtdan başlayır
Londonun gözü (London Eye)

Temza çayının cənub sahilində yerləşən nəhəng fırlanan çarx – Londonun gözü (London Eye) 135 metr hündürlükdən möhtəşəm mənzərə təklif edir. Bu, şəhərin mütləq ziyarət edilməli olan ən müasir gəzməli-görməli yerlərindən biridir!
Londonun gözü üçün böyük növbəyə durmamaq üçün biletləri əvvəlcədən bu linkdən əldə edin
Necə getməli: ən yaxın metro stansiyaları Westminster station, Embankment station
Giriş haqqı: 18 funtdan başlayır
Bukingem sarayı

Bukingem sarayı Əlahəzrət Kraliçanın rezidensiyasıdır. Saray ziyarətçilər üçün ildə cəmi bir neçə həftə açıqdır: avqust və sentyabrda. Rezidensiyanın zallarında gəzərkən siz özünüzü Kraliçanın əsl qonağı kimi hiss edə bilərsiniz. Saray ailə sərvətləri və zərif mebellə, eləcə də Rembrandt və Kanatello kimi məşhur ustaların rəsm əsərləri ilə bəzədilmiş 775 otaqdan ibarətdir.
Necə getməli: ən yaxın metro stansiyaları Victoria station, St. James Park station, Hyde Park Corner station
Giriş haqqı: 19 funtdan başlayır.
Trafalqar meydanı

Trafalqar meydanı Vestminstrin üç əsas küçəsinin kəsişdiyi Londonun mərkəzində yerləşir. Meydanın mərkəzində siz böyük şir heykəlləri və fontanlarla əhatə olunmuş admiral Nelson sütununu görəcəksiniz. Trafalqar meydanında həmçinin London Milli qalereyası yerləşir, burada siz heç bir ödəniş etmədən Van Qoq və Pablo Pikassonun əsərlərini görə bilərsiniz.
Necə getməli: ən yaxın metro stansiyası Charing Cross station
Giriş haqqı: ödənişsiz