"Royal Travels" işçi axtarır - VAKANSİYA

Xəbərlər 14 Yanvar 2017 00:00 614
"Royal Travels" işçi axtarır - VAKANSİYA

TUR MENECER (İNCOMİNG) 600 AZN

İş barədə məlumat

- Daxili turların hazırlanması, fərdi və qrup turların təşkili 
- Xarici və daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq 
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması 
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması 
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanıb rəhbərliyə təqdim edilməsi 
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması 
- İş saatları: 10:00 - 19:00; Şənbə günü: 10:00 - 16:00 
- İstirahət günü-Bazar günü 
- Əmək haqqı + satışdan asılı olaraq bonus

Namizədə tələblər

- Gəlmə turizmi üzrə (incoming) Tur menecer kimi 2-3 il iş təcrübəsinə malik olmaq

- Azərbaycan, rus, ingilis dillərini yüksək səviyyədə bilmək (ərəb dilini bilənlərə üstünlük veriləcək)

- Kompüter proqramlarında işləmək bacarığına malik olmaq (MS Office, MS Outlook )

- Səlis və işgüzar danışıq bacarığına malik olmaq

- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq

- Məsuliyyətli və diqqətli olmaq

- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq

Şəkilli CV-lərinizi "Tur menecer" başlığı altında hr3@rts.azelektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

OXŞAR XƏBƏRLƏR