Azərbaycanın bu rayonuna - 100 min turist gəlib

Xəbərlər 15 Yanvar 2017 00:00 817
Azərbaycanın bu rayonuna - 100 min turist gəlib

Keçən il İsmayıllıya 101 min 755 nəfər turist gəlib. Onların sayı bir il əvvəlkindən 2215 nəfər çoxdur.

İsmayıllı Turizm İnformasiya Mərkəzindən bildirilib ki, ötən il xarici turistlərin də sayı 1655 nəfər artıb və 16 min 905 nəfərə çatıb.

Qeyd edək ki, turizmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təsadüfi deyildir ki, bu istiqamətdə İsmayıllıda da xeyli işlər görülüb və görülməkdədir. Rayonda 23 otel və istirahət mərkəzi fəaliyyət göstərir. Turizmin müxtəlif növləri - ekoturizm, kənd turizmi, mədəni turizm, qış və yay turizm marşrutları fəaliyyətdədir.

OXŞAR XƏBƏRLƏR