Avropanı donduran soyuqdan dəhşətli görüntülər - FOTO +VİDEO

Xəbərlər 16 Yanvar 2017 00:00 1076
Avropanı donduran soyuqdan dəhşətli görüntülər - FOTO +VİDEO

Almaniyanın Fridinqen şəhərində bir ovçu, buz tutmuş Dunay çayından keçərkən buzun qırılması nəticəsində suya düşən və burada donan tülkü aşkarlayıb.

Seyyah.az xəbər verir ki, Frans Stehle adlı ovçu tülkünün olduğu buz blokunu kəsib və bunu özünə aid otelin qarşısında nümayiş etdirir.

Alman ovçu daha əvvəl donmuş maral və qaban da gördüyünü bildirib.

Təxminən bir həftədən artıq müddətdir Avropada tüğyan edən çətin qış şərtləri səbəbindən qədim qitənin dörd bir tərəfində oxşar mənzərələrlə qarşılaşmaq mümkündür.

Bəzi Avropa ölkələrində isə temperaturun -25 səviyyəsinə düşməsi nəticəsində onlarla insan donaraq ölüb. 

OXŞAR XƏBƏRLƏR