AZAL qiymətləri endirdi – QIŞ AKSİYASI

Xəbərlər 16 Yanvar 2017 00:00 791
AZAL qiymətləri endirdi – QIŞ AKSİYASI

Azərbaycan Hava Yolları" (AZAL) məşhur turizm istiqamətlərinə yeni Qış Aksiyası barədə elan edir.

Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə 15 yanvar tarixindən 28 fevral 2017-ci il tarixinə kimi gediş-dönüş ekonom sinfi aviabileti alarkən 20%-dəkendirim tətbiq olunacaq:  London, Milan, Berlin, Paris, Praqa, Tel-Əviv, Dubay və Nyu-York. Uçuş tarixi: 16 yanvar- 15 mart 2017-ci il.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdə əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

 

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

OXŞAR XƏBƏRLƏR