Yeni turistik məkan – “CƏHƏNNƏMİN QAPILARI”

Xəbərlər 16 Yanvar 2017 00:00 764
Yeni turistik məkan – “CƏHƏNNƏMİN QAPILARI”

Türkmənistanın Darvaz əyaləti son vaxtlar turistlərin ən çox üz tutduğu məkana çevrilib. Buna səbəb həmin ərazidə yaranan və hələ də yanan kraterin möcüzəli mənzərəsidir. Ona göə də həmin məkana “Cəhənnəmin qapıları” adı verilib.

Seyyah.az-ın  Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, krater artıq 45 ildir ki, fasiləsiz yanır. Nəticədə yaranan çalanın diametri 60 metr dərinliyi isə 20 metrdir. Kraterin nədən yarandığı məlum deyil.

Onu da deyək ki, əvvəllər bu ərazi yerli sakinlər tərəfindən lənətlənmiş yer kimi tanınırdı. Amma hazırda bu əraziyə xeyli sayda turistl axını müşahidə edilir

 

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR