Bu hosteldə ödənişin məbləğini qonağın özü müəyyənləşdirəcək

Xəbərlər 17 Yanvar 2017 00:00 1157
Bu hosteldə ödənişin məbləğini qonağın özü müəyyənləşdirəcək

"Parco Monte Barro" italyan hostelində ödənişin məbləğini qonaqlar özləri müəyyənləşdirəcəklər.

Qeyri-adi hostel İtaliyanın Lekko əyalətində açılıb. 2017-ci ilin fevralından etibarən qonaqlar "Pay what you want" proqramında iştirak edə bilərlər, bu proqrama görə onlar nömrəyə görə nə qədər ödəniş etməyi və ya ümumiyyətlə ödəniş edib-etməməyi özləri seçəcəklər. Qonaqlar üçün 50 nömrədən ibarət "Parco Monte Barro" adlı hostel Briantsa gölünə açılan mənzərəsi ilə dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşir. Hazırda hosteldə qiymətlər 20-44 avro arasındadır, turist qruplarına isə endirimlər təklif edilir.

Bron və ya hostelə gəliş zamanı qonaqları bu proqram barədə məlumatlandırırlar. Ödəniş etmək zamanı gələndə onlara baza məbləğ açıqlanır, ancaq qonaq nə qədər ödəniş etmək və ya etməmək barədə özü qərar verir. Yeganə şərt qonağın öz qərarını izah etməsi və təqdim edilən xidmətin keyfiyyətini necə dəyərləndirməsi haqqında danışmasıdır.

Mənbə: http://www.buro247.az/lifestyle/travel/bu-hosteld-d-ni-in-m-bl-ini-qona-n-z-m-yy-nl-dir-c.html

OXŞAR XƏBƏRLƏR