Almaniyada vətəndaşlıq almağın – QAYDALARI

Xəbərlər 18 Yanvar 2017 00:00 1656
Almaniyada vətəndaşlıq almağın – QAYDALARI

İndi dünyada daha çox tələb olan sahələrdən biri də miqrasiyadır. Əsasən, inkişaf etməkdə olan ölkələrin vətəndaşları inkişaf etmiş ölkələrə gedirlər.

Azərbaycandan da başqa ölkələrə üz tutanlar artır. Vətəndaşlar arasında Almaniyaya marağın çox olduğunu nəzərə alaraq Seyyah.az  bu ölkəyə miqrasiya etməyin qaydalarını təqdim edir.

Ekspert Azər Allahverənov Almaniyaya qanuni miqrasiya etməyin bir neçə yolunun olduğunu bildirdi. Bunlardan biri milli mənsubiyyət amilidir. Belə ki, alman və ya yəhudi milli mənsubiyyəti olan şəxslər asanlıqla Almaniya vətəndaşlığı ala bilərlər.

Ekspert bildirir ki, 1990-cı illərdə də bu cür milli mənsubiyyəti olan insanlar bu qaydalardan yararlanıblar. Azər Allahverənov bundan başqa irqi, dini, milli, siyasi baxışları və məxsus olduqları sosial qruplara görə də Almaniyaya köç edə bilərlər. Belə ki, sadalanan sahələrdə ayrıseçkilikləri əsas gətirərək Almaniyaya miqrasiya etmək mümkündür. Amma sevindirici haldır ki, Azərbaycan tolerant ölkə olduğundan ölkəmizdə bu cür hallara görə hər hansı miqrasiya halları baş vermir.

Azərbaycan vətəndaşları, əsasən, ya təhsi ya da əcnəbi vətəndaşlarla ailə quranda qürbətə üz tuturlar. Xaricdə təhsil almaq istəyən tələbələr üçün əsas şərt seçdikləri universitetə qəbul olmaq üçün uyğun bal toplamaqdır. Bundan sonra tələbənin əcnəbi ölkəyə köçməsi çətin olmur.

Əcnəbi vətəndaşla ailə qurarkən isə xarici vətəndaşa bir müddət müvəqqəti yaşamaq hüququ verilir. Misal üçün Azərbaycan vətəndaşı alman vətəndaşı ilə ailə qurursa və həmin ölkəyə köçürsə, o zaman Almaniyaya gələn əcnəbi vətəndaşa 1 ildən 3 ilə kimi müvəqqəti yaşamaq hüququ verilir. Göstərilən müddət başa çatdıqdan sonra isə əcnəbi vətəndaşın bu ölkədə qalıb qalmayacağına  Almaniya məhkəməsi  qərar verir.

Amma məhkəmənin qərarından öncə ailənin hansı statusa malik olması araşdırılır. Həmçinin, ailənin hansı şərtlərlə yaşadığı və hətta ailənin maddi gəlirləri belə nəzərə alınır.

Bundan başqa Almaniyaya gələn əcnəbi şəxs alman dilindən imtahan verməlidir. Dili öyrənmək istəyənlər üçün isə Almaniyada əcnəbilər üçün pulsuz  kurslar təşkil olunur.

Ekspert A.Allahverənov psixoloqların cütlüklərlə söhbət etdiklərini və vətəndaşlıq almaq xatirinə qurulan ailə münasibətlərini aşkar etmək iqtidarında olduqlarını bildirir. Yalnız bütün bu proseslərdən sonra Almaniya vətəndaşlığı verilir

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR