Təyyarədə qadınlar üçün xüsusi oturacaqlar ayrılacaq – FOTO

Xəbərlər 18 Yanvar 2017 00:00 651
Təyyarədə qadınlar üçün xüsusi oturacaqlar ayrılacaq – FOTO

Hindistanın “Air India” aviaşirkəti qadın sərnişinlər üçün xüsusi oturacaqlar ayıracaq.

Seyyah.az  baku.ws-ə istinadən xəbər verir ki, şirkət bununla təyyarədə qadınlara qarşı cinsi hərəkətlərin qarşısını almağı düşünür. Aviaşirkətin qərarına əsasən, yanvarın 18-dən etibarən bəzi təyyarələrdə belə oturacaqlar ayrılacaq.

Hindistan mediası “Air India”nın bu qərarını ötən ilin dekabrın 21-də Mumbaydan Nyu-Yorka uçan təyyarədə bir qadın sərnişinə qarşı cinsi hərəkətlərlə bağlı qalmaqalla əlaqələndirir.

OXŞAR XƏBƏRLƏR