Azərbaycanın gələcək “Disneyland”ində yeni – BİZNES İMKANLARI

Xəbərlər 18 Yanvar 2017 00:00 1627
Azərbaycanın gələcək “Disneyland”ində yeni – BİZNES İMKANLARI

Azərbaycandakı atraksion parklarından ərazicə ən böyüyü “Gəncland” ailəvi istirahət və əyləncə kompleksi sizə il boyu bol əyləncə vəd edir. Seyyah.az-ın məlumatına görə, 10 hektar ərazini əhatə edən park Yeni Gəncə qəsəbəsində yerləşir.

Adrenalin axtarışında olanlara

2015-ci ilin iyunundan fəaliyyət görsədən kompleksdə həm uşaqlar, həm ailəvi, həm ekstrimsevərlər üçün 30-dan artıq atraksion var. Sonuncular üçün “Yanan kürə”, “Disco”, “Amerikanskiye qorki” daha çox həyəcan və zövq yaşadacaq.

Bundan başqa, “Gəncland”də paintball, AAAF standaartlarna uyğun futbol meydançası və qərb regionunun böyük ilki olan “Mustanq” atçılıq klubu da turistlərin ixtiyarındadır. Yayın istisindən su əyləncəsində və qayıqlarda müxtəlif turlarda xilas ola bilərsiz.

Qiymətlərə gəldikdə parka giriş pulsuzdur. Atraksionlar isə 1-2 manatadır.

Animasiya 80 lvl

Kompleksdə 100 nəfərlik amfiteatr var. Yay aylarında burada hər axşam “Antoşka” uşaq teatrının tamaşaları, Disney və digər cizgi filmlərinin qəhrəmanlarından ibarət animasiyalar nümayiş olunur. Flashmob-lar da “Gəncland”in bəyənilən əyləncələrindəndir.

Onu da qeyd də ki, park ilin dörd mövsümü açıqdır. Soyuq günləri restoranlarda əylənə bilərsiz, Yeni İldə isə restoranlardan biri Şaxta Babanın rezidensiyasına transformasiya edilir və hər uşaq burda onunla şəxsən tanış ola bilər. Konsertlər, animasiya, tamaşalar tamamilə ödənişsizdir.

Turistlər üçün onu da vurğulyaq ki, parkın yanında 5-ulduzlu “Ramada Hotel” fəaliyyət görsədir.

Atraksion parkını biznesə çevir

Bu sadalanan işlər parkın imkanlarının cəmi 20 %-ni əhatə edir. Ərazi, coğrafi məkan və hava şəraiti burada daha böyük əyləncə məkanlarının yaradılmasına təkan verir. Kompleksdə buz meydançası, qorxu və gülüş otağı, qapalı oyun meydançası, heyvanat aləmi, rəsm qalereyası, kinoteatr, regionun ən böyük akvaparkı kimi layihələri həyata keçirmək imkanları var.

Həmin məkanları qurmaq isə vətəndaşlara həvalə edilib. Yəni, bununla bağlı hər hansı bir ideyanız, inkişaf proqramınız varsa onu “Gəncland”də gerçəkləşdirə bilərsiz. Əgər layihəniz qəbul edilərsə, onun həyata keçirilməsi 2 variantda mümkündür:

1. Layihəniz üçün ərazini icarəyə götürmək və icarə haqqı ödəmək. Bu variantda ideyanı ərsəyə gətirmək tamamilə sizin üzərinizə düşür.

2. Layihənin həyata keçirilməsini park rəhbərliyi sahibkarla birlikdə edir, qazanc layihənin həcmindən asılı olaraq 50/50, ya 30/70 kimi bölünür.

Bu fürsətdən yararlanmağa dəyər.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR