Nəhəng safari-zoopark açılacaq – DƏYƏRİ 270 MİLYON

Xəbərlər 18 Yanvar 2017 00:00 1243
Nəhəng safari-zoopark açılacaq – DƏYƏRİ 270 MİLYON

Sentyabr ayında Dubayda dəyəri 270 milyon dollar olan “Dubai Safari” zooparkı açılacaq. Seyyah.az-ın verdiyi məlumata görə, layihənin birinci mərhələsində zooparkda 3,5 min heyvan yerləşdiriləcək.

Zoopark açıq "safari" şəkildə tikiləcək, burada xüsusi nəqliyyatda gəzintiyə çıxmaq olacaq. Burada "asiya, afrika və ərəb kəndləri", nəşr qeyd edir ki, həmçinin veterinar hospitalı və tədqqiat mərkəzi olacaq. Turistlər ekzotik botanika və kəpənəklər bağını ziyarət edə, həmçinin xüsusi istirahət zonasında dincələ biləcəklər.

 

Qeyd edək ki, Dubayda hazırda fəaliyyət göstərən zoopark 1967-ci ildə açılıb və əsas turistik məkanlardan biri sayılır.

Mənbə: Fins

OXŞAR XƏBƏRLƏR