"Dalga Beach" işçi axtarır - VAKANSİYA

Xəbərlər 18 Yanvar 2017 00:00 3234
"Dalga Beach" işçi axtarır - VAKANSİYA

Department:  Texniki şöbə

Position: Qrup Rəhbəri

Employer: Dalga Beach MMC

Address: Mərdəkan qəsəbəsi , Sahil küçəsi 55 C

Vəzifə Borcları:

• Rəhbərlik tərəfindən verilən tapşırıqların həyata keçirilməsi.
• Rəhbərliyə dövr hesabat verilməsi.
• Texnik işçilər arasında iş bölüşdürülməsi.
• Şirkətin bölmələrində texniki işlərin, sənədləşməsinin və yazışmanın koordinasiyası.
• Bütün avadanlıqların düzgün quraşdırılmasını və rəvan işləməsini təmin etməkdən ötrü şöbə işçiləri ilə sıx əməkdaşlıq edilməsi.
• Aquaparkın Enerji İdarəetmə Sistemlərinin idarə edilməsi. 
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
• Xidmət müqavilələrinə olan tələbatı nəzərdən keçirmək və yenidən qiymətləndirmək, bu cür prosesləri idarə edərkən məhsuldar nəticələr əldə etməyə çalışmaq
• Sağlamlıq və təhlükəsizlik məsələlərinə şüurlu yanaşmaq və təhlükəsiz iş mühitinin qorunub saxlanmasında fəal iştirak edilməsi. 
• Təmiz su təchizatına, çirkab su təchizatına, elektrik təchizatına, havalandırma sisteminə (isitmə, soyutma, sovurma), yanğın söndürmə sisteminə ümumi nəzarət edilməsi.
• Aquaparkın təmir işlərinə nəzarət edilməsi.
• Yanğına qarşı qaydalara, normalara və təhlükəsizlik qaydaların tələblərinə, əməyin qorunmasına, sanitar normalara və istehsalatda intizam qaydalarına riayət etməsinə nəzarət edilməsi.

Bilik və bacarıqlar:

• İngilis və rus/türk dillərindən biri olmaqla ikidillilik dəyərlidir
• Compyuter bilikləri - MS Office; 
• Çeviklik və təzyiq altında yaxşı işləmək qabiliyyəti ilə nəticə əldə etməyə meylli olmaq 
• Öz gücünə inanmaq , effektiv qərarlar qəbul etmək və işi müəyyən edilmiş müddətdə başa çatdırmaq qabiliyyəti
• Otel sahəsində təcrübəsi olana üstünlük verilir
• Yaxşı ünsiyyət bacarıqları;
• Liderlik bacarıqları;
• Tez öyrənmək qabiliyyəti

Maraqlanan namizədlərə təklif olunur CV-ni dbm.hr@pmdhospitality.az, elektron ünvanına təqdim etsinlər

OXŞAR XƏBƏRLƏR