"Əli və Nino" tamaşası pulsuz olacaq

Xəbərlər 19 Yanvar 2017 00:00 692
"Əli və Nino" tamaşası pulsuz olacaq

Bakıda gənc tələbələrdən ibarət yaradıcı qrupunun hazırladığı “Əli və Nino” tamaşası təqdim olunacaq. Seyyah.az-ın verdiyi məlumata görə, tamaşa yanvar ayının 25 Yarat Müasir İncəsənət Mərkəzində baş tutacaq.

Tamaşa Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun dəstəyi ilə “Özün üçün teatrı kəşf et” layihəsi çərçivəsində ərsəyə gəlib. “Özün üçün teatrı kəşf et” layihəsi Bakıda yaşayan və fəaliyyət göstərən gənclərə ünvanlanıb. Layihə teatr tamaşaları vasitəsi ilə Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməklə, gənclərimizi daha da dərindən maarifləndirmək və onlara tariximizi sevdirmək məqsədini daşıyır.

Tamaşaya giriş sərbəstdir.

Tarix: 25.01.2017

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının yaxınlığı)

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR