Bu ev 250 milyona satılır - FOTOLAR

Xəbərlər 20 Yanvar 2017 00:00 674
Bu ev 250 milyona satılır - FOTOLAR

ABŞ-ın Los Anceles şəhərində 250 milyon dollara ev satışa çıxarılıb.

Seyyah.az xəbər verir ki, bu barədə “Latimes” məlumat yayıb. Bel Air rayonunda yerləşən ev ABŞ tarixində satışa çıxarılan ən bahalı ev adını qazanıb. Bundan öncə Florida da 195 milyona malikanə satılmışdı.

Biznesmen Bryus Makovskiyə məxsus olan evin 12 yataq, 21 vanna otağı, 3 mətbəxi, 2 ədəd şampan zirzəmisi var.

Bundan əlavə Ceyms Bond mövzulu 40 yerlik xüsusi hazırlanmış 2 milyon dollarlıq kinoteatrı, boulinq zalı, fitness salonu və öz barı olan hovuza da sahibdir.

Evdə həmçinin 130 müxtəlif sənət əsəri, 30 milyon dollarlıq 12 avtomobildən ibarət kolleksiya və helikopter meydanı belə mövcuddur.

OXŞAR XƏBƏRLƏR