Donald Trampın hotellərində - QİYMƏTLƏR

Xəbərlər 20 Yanvar 2017 00:00 1555
Donald Trampın hotellərində - QİYMƏTLƏR

Donald Tramp Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti.D.Tramp ABŞ-ın yeni  prezidenti olmaqla yanaşı həm də uğurlu biznesmen kimi məşhurdu.  Forbesin sıralamasına görə 4.5 milyard dolları olan biznesmen dünya milyarderləri arasında 121-ci yerdə qərarlaşır. Donald Trampın sərmayə qoyduğu sahələrdən biri də otel biznesidir. Seyyah.az Donald Trampın otellərini və qiymətlərini təqdimedir.

“Trump National Doral Miami Hotel ABŞ “

“Trump National Doral Miami” oteli sayəsində cənubi Florida qolf istirahət mərkəzi kimi şan-şöhrət qazanıb. Otel 1962-ci ildə fəaliyyətə başlayıb. Burada  qolf oynamaq üçün 4 stadion var. Ümumilikdə oteldə 643 nömrə var.Həmçinin burada  Cim Maklinin qolf məktəbi fəaliyyət göstərir. Bundan başqa burada açıq hovuz, hidromasaj vannaları və SPA və fitnes zalları var. Oteldə gecələmək üçün nömrələrin qiyməti  305 dollardan başlayır.

“Trump International Hotel & Tower Panama”

Otel okean sahilində yerləşir. Otel, Mərkəzi Amerikada ən hündür istirahət mərkəzidir. Mehmanxanın dizaynı nəhəng yelkəni xatırladır. Otelin 369 nömrəsi mərmər və qranitlə işlənib. Otelin restoranlarında Amerika mətbəxinə məxsus yeməklər və dəniz məhsullarından olan yeməklər təqdim olunur. Otel əsasən iş görüşlərinin keçirilməsi üçün nəzərdə tutulub. Oteldə standart otaq 199 dollardan başlayır.

“Trump International Hotel & Golf Links Doonbeg”, İrlandiya

Otelin pəncərələrində dağlara və dəniz sahilinə mənzərə açılır. Otel ətrafında olan  İrland peyzajı ailəvi istirahət edənlər üçün nəzərdə tutulub. 65 nömrə qədimi mebellər və antik əşyalarla dizayn olunub. Mehmanxanada standart otaqların qiyməti 190 dollardı.

“Trump International Hotel and Tower Toronto”, Канада

“Trump International Hotel and Tower Toronto”, 2015-ci ildə Kanada da ilin ən yaxşı lüks oteli seçilib. Mehmanxanada cəmi 241 nömrə var. Burada həmçinin Purebeauty adlı spa mərkəz fəaliyyət göstərir. Mehmanxanın yaxınlığında Natan-Fillips meydanı və Rodcers stadionu yerləşir. Nömrələrin qiyməti 415 dollardan başlayır.

“Trump Turnberry”, Scotland, Great Britain

157 nömrəli mehmanxana  İrland dənizinin  sahilində yerləşir. Otel qonaqları Şotland qonaqpərvərliyinin şahidi ola bilərlər. Oteldə iki qolf meydançası var. Bundan başqa oteldə ESPA spa mərkəzi 6 restoran və bar var. Nömrələrin qiyməti 372 avrodan başlayır.

“Trump Towers Rio”, Braziliya

Otel Rio şəhərində dəniz sahilində məşhur restoranlar və gecə klublarının əhatəsində yerləşir. Oteldə toy mərasimləri üçün də zallar fəaliyyət göstərir. Bundan başqa xüsusi nömrələrdə dağlara mənzərə açılır. Oteldə standart nömrələrin bir gecəlik qiyməti  125 dollardı.

“Macleod House and Lodge”, Great Britain

16 nömrəli otel qədimi qalada yerləşir. Tarixi qala meşənin içində yerləşir. Otelin qolf meydançası bütün dünyada sənət əsəri sayılır. Otelin Macleod House restoranındə mövsümü milli Şotland yeməkləri verilir. Otaqlar ənənəvi Şotland üsulunda hazırlanıb. Nömrələrin qiymətinə gəlincə isə burada qiymətlər 262 avrodan başlayır.

“Trump International Hotel Washington”, DC, ABŞ

Tramp imperiyasının otellər imperiyasına daxil olan otel, fəaliyyətə 2016-cı ilin sentyabrda işə başlayıb. Mahmanxananın binası qədim tikilidir. Bu səbəbdən restavrasiya olunub. Oteldə nömrələrin qiyməti 404 dollardan başlayır. 

 

“Albemarle Estate at Trump Winery”, ABŞ

Otel ABŞ-ın ən prestijli və tarixi məkanlarından biridir. Virciniyanın böyük sahəyə malik üzüm bağlarının yanında yerləşən 45 otaqlı malikanəyə baxanda anlamaq olur ki, nə üçün bu yeri ən prestijli adlandırırlar. Oteldə nömrələrin qiyməti 309 dollardan başalayır.

Trump International Hotel & Tower Vancouver”, Kanada

Trampın otelləri arasında ən gənci “Trump International Hotel & Tower Vancouver”di. Otel, müştərilərinə xidməti 5 yanvar 2017-ci ilə kimi fəaliyyət göstərir.69 mərtəbəli bina şəhərdə ikinci ən hündür binadır. Otelin hər bir nömrəsinin pəncərəsindən şəhərə gözəl mənzərə açılır. Oteldə fəaliyyət göstərən “Mott 32” restoranında Çin yeməkləri təklif olunur. Mehmanxanada nömrələrin qiyməti 237 dollardan başlayır.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR