Türkiyə otelləri müştərisiz qalıb

Xəbərlər 21 Yanvar 2017 00:00 1033
Türkiyə otelləri müştərisiz qalıb

2016-cı il Türkiyə otelləri üçün tarixdə ən uğursuz il kimi qalacaq. Seyyah.az-ın məlumatına görə, Türkiyənin məşhur kurortları və turizm mərkəzləri sayılan Antalya, Bodrum və İstanbul otelləri ötən il böyük itkilərlə üzləşdiklərini bildiriblər.

Antalya bələdiyyəsinin məlumatına görə, 2016-cı ildə Antalyaya gələn turistlərin sayı 2004-cı il səviyyəsinə düşüb. Ötən il Antalyaya 6 milyon turist gəlib ki, bu da 2015-ci illə müqayisədə 43% azdır. Bu itkilərə Türkiyədə təhlükəsizliklə bağlı problemlərin yaranması və Rusiya-Türkiyə münasibətlərindəki böhran olub.

Belə ki, ötən il Antaliyaya cəmi 500 min rusiyalı turist gəlib ki, bu da 2015-ci ilə nisbətən yeddi dəfə azdır.

Türkiyənin daha bir məşhur kurortu – Bodrum da ağır günlərini yaşayır. Ötən il buraya 453 min turist gəlib. Halbuki, 2015-ci ildə bu rəqəm 797 min nəfər idi. Ötən il Bodruma cəmi 4 min rusiyalı turist gedib ki, bu da əvvəlki ildən 10 dəfə azdır. Turistlərin sayı ilə bağlı ən narahatedic vəziyyət İstanbuldadır. Son 16- ildə ilk dəfə olaraq şəhərə gələn turistlərin sayında azalma müşahidə olunub.

2016-ci ildə İstanbula 9,2 milyon turist gəlib ki, bu da əvvəlkinə nisbətən 26% azdır. Ötən il İstanbula ələn amerikalı turistlənin sayı 43,2%, rusiyalı turistlərin sayı isə 39,2% azalıb

OXŞAR XƏBƏRLƏR