Təyyarədə siqaret və mobil telefon qadağasının - ƏSL SƏBƏBLƏRİ

Xəbərlər 22 Yanvar 2017 00:00 1126
Təyyarədə siqaret və mobil telefon qadağasının - ƏSL SƏBƏBLƏRİ

Bir çoxları hesab edirlər ki, təyyarə göyərtəsində siqaret çəkməyə qadağa yanğın təhlükəsinin ola biləcəyi səbəbilə əlaqədardır.

Seyyah.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikir doğru deyil. Çünki əvvəllər təyyarədə siqaret çəkməyə icazə verilirdi və siqaret səbəbindən də hər hansı yanğın hadisəsi baş verməmişdir. Ona görə də indi belə qadağanın qoyulması yanğın təhlükəsi ilə əlaqəli deyil. Əsl səbəb iqtisadi xarakter daşıyır.

Təyyarədə hava daim filtirlərdən keçərək dövr edir. Siqaretin tüstüsü və qətranın təsiri isə filtirlərin tez sıradan çıxmasına səbəb olur.

Təyyarədə mobil telefonların istifadəsinin təyyarəni sıradan çıxara biləcəyi barədə deyilənlər də doğru deyil. Lakin mobil telefona gələn zəng pilotla aviadispetçer arasında rabitə əlaqəsinə mane olur və belə olan halda pilot aviadispetçer tərəfindən verilən hər hansı bir məlumatı qarışdıra bilər.

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR