Sidney Opera Teatrında pulsuz yaşayış imkanı

Xəbərlər 23 Yanvar 2017 00:00 734
Sidney Opera Teatrında pulsuz yaşayış imkanı

Sidney Opera Teatrı Airbnb saytı ilə birlikdə teatrda pulsuz gecələmək istəyənlər üçün layihə hazırlayıb.

Avstraliyanın Yeni Cənubi Uels ştatının şəhərsalma və ətraf mühitin mühafizəsi departamenti Sidney Opera Teatrının məşhur binasında gecə keçirmək istəyənlər üçün imkan yaratmaq qərarı verib. Bu məqsədlə Opera teatrının binasında konfrans, sərgi və banketlər üçün açılmış Utzon Room zalında ildə 5 dəfə yaşayış üçün syutar hazırlanacaq. Danimarkalı memar Yorn Utzonun şərəfinə adlandırılmış zal 100-dək qonaq qəbul edə bilər. Qonaqlara kempinq üçün qatlanan çarpayılarda gecələmək təklif ediləcək.

Təfərrüatlar, tarixlər və qiymətlərlə opera teatrı ilə əməkdaşlıq barədə 2 illik müqavilə imzalayan Airbnb şirkətinin rəsmi saytından tanış olmaq olar.

Mənbə: http://www.buro247.az/lifestyle/news/sidney-opera-teatr-nda-pulsuz-ya-ay-imkan.html

OXŞAR XƏBƏRLƏR