McDonald’s Bakı Aeroportunda

Xəbərlər 20 Aprel 2014 00:00 1461
McDonald’s Bakı Aeroportunda

ABŞ-ın dünyada məhşur restoranlar şəbəkəsi McDonald’s Azərbaycanda restoranlarının sayını artırır. “McDonald's Azerbaijan” şirkətinin Bakıda 10-cu restoranı Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksində yerləşir.

Qeyd edək ki, yaxın günlərdə Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi istifadəyə veriləcəkdir.

Azərbaycanda ilk McDonald’s restoranı 1999-cu il noyabrın 6-da ölkəmizin paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən Fəvvarələr Meydanında açılıb. Hazırda Azərbaycanda 10 McDonald’s restoranı fəaliyyət göstərir.

“Marja”

OXŞAR XƏBƏRLƏR