Böyük Britaniyanın paytaxtı Londonda yerləşən British Museum dünyanın fərqli yerlərindən gətirilən antik əşyalar və etnoqrafiya kolleksiyaları ilə ən görkəmli muzeylərdən biridir.
Muzey tarixçi Sir Hans Sloane (1660-1753) tərəfindən yığılan kitab, əlyazmalar və təbiət tarixi kolleksiyasının dövlət tərəfindən alınması ilə yaradılmışdı.XIX əsrdə arxeologiyaya olan marağın artması ilə birlikdə Britaniya imperiyasının digər yerlərdən aldığı, bəzən qaçırdığı kompozisiyaları ilə muzyein tərkibi daha da genişlənməyə başladı. Hər il 6 milyona yaxın insanın ziyarət etdiyi, 94 qalereyadan ibarət olan və 8 milyon obyektin sərgiləndiyi British Museum Google ilə əməkdaşlıq edərək muzeyin önəmli bir hissəsini hər kəsə açıq edəcək. Google’un Street View və Google Cultural İnsitute ilə əməkdaşlıq edərək muzeyin böyük hissəsini “online” edəcək.
British Museum’u virtual olaraq buradan gəzə bilərsiniz.