Londonda 100-ə yaxın aviareys təxirə salınıb

Xəbərlər 23 Yanvar 2017 00:00 757
Londonda 100-ə yaxın aviareys təxirə salınıb

Londonun Hitrou hava limanında güclü duman əlverişsiz görünmə dərəcəsi yaradıb. Seyyah.az-ın məlumatına görə, bununla əlaqədar 100-ə yaxın aviareys təxirə salınıb.

Aeroport rəhbərliyi sərnişinlərə gün ərzində hava limanına gəlməzdən əvvəl uçuşlar barədə məlumatları yoxlamağı məsləhət görür.

Digər reyslərin də təxirə salınacağı istisna olunmur.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR