2016-cı il Azərbaycanda muzey ziyarətçilərinin və teatr tamaşaçılarının statistikası açıqlanıb.
Seyyah.az-ın Statistika Komitəsinin illik hesabatına istinadən verdiyi məlumata görə, 2016-cı ildə muzeylərə gələn ziyarətçilərin sayı 2,6 milyon nəfər, teatrlara gələn tamaşaçıların sayı isə 0,8 milyon nəfər olub.
Həmçinin oda bildirildi ki teatrlarda repertuarlar daim təzələnir. Tamaşalar isə azərbaycan dili ilə yanaşı rus və ləzgi dillərində nümayiş olunur.
Qeyd edək ki,hazırda Azərbaycanda dövlət əhəmiyyətli tаrix, mədəniyyət, mеmarlıq, bədii və еtnoqrafiya qoruqlarının sayı 28-dir.
Məlumata görə Azərbaycanda 33 milyon kitabxana fondu olan 3242 kütləvi kitabxana, 2650 klub müəssisəsi, 234 muzey, 28 peşəkar teatr və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir
Mənbə:Turizm.fins