Şahdağa ən ucuz tur neçəyədir? – QİYMƏTLƏR

Xəbərlər 24 Yanvar 2017 00:00 856
Şahdağa ən ucuz tur neçəyədir? – QİYMƏTLƏR

Ölkə daxilində məşhur olan turizm istiqamətlərdən biri də Şahdağdır. Belə ki təkcə ötən ilin 15 dekabr tarixindən 2017-ci ilin 5 yanvar tarixinə kimi 35 min turist Şahdağ kompleksini ziyarət edib.

Yerli  turizm şirkətləri bir və bir neçə günlük turlar təşkil edirlər. Şahdağ turizm kompleksi 50 yerli turizm şirkəti ilə əməkdaşlıq edir. Onlar  hər həftəsonu Qusar-Şahdağ qış istirahət kompleksinə 1 günlük turlar təşkil edir . Tura səhər 6 da öncədən təyin olunmuş yerdə toplanmaqla başlanılır. Daha sonra isə hər turizm şirkəti öz avtobusları ilə adı çəkilən kompleksə yola düşür.

Şahdağa gedərkən Siyəzən Beşbarmaq dağında 15-20 dəqiqəlik fasilə olur. Bu zaman müştərilərə pulsuz çay və şirniyyatlar verilir. Bundan başqa səfər erkən saatlarından başladığından tur təşkil edən şirkətlər müştərilərinə pulsuz səhər yeməyi də təklif edirlər.

Yol boyu tur iştirakçılarının darıxmaması üçün  tur bələdçilər avtobus sərnişinlərini əyləndirmək üçün müxtəlif hədiyyəli yarışlar keçirirlər. Bundan başqa müştərilər pulsuz fotossesiya xidmətlərindən də yaralana bilərlər. Belə ki, hər bir müştərinin şəkilləri disklərə yerləşdirilərək foto sahiblərinə təqdim olunur.

Qeyd edək ki, Şahdağa olan turların qiymətlərini  turizm şirkətləri özləri təyin edirlər. Tur 22:00-da Bakıya qayıtmaqla başa çatır. Məlumat üçün bildirək ki, göstərilən məbləğə kompleks ərazisindəki xizəklər və kanatdan istifadə daxil deyilr.

 

Seyyah.az Şahdağa tur təşkil edən şirkətlərin  tur qiymətlərini təqdim edir.

 

Tur şirkətlər

Turun qiymətləri

Seyyah.az

17 manat

Proxy travel

17 manat

GranitAz

17 manat

TurizmAz

17 manat

Pandora travel

17 manat

Gerso Travel

17 manat

E & C travel

19 manat

Baku travel  & tourizm

22 manat

Tempus travel

21 manat

V&O Travel

20 manat

Yes travel

17 manat

"R&R Travel Company"

18 manat

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR