Amerikada, San-Diego-dan bir az aralıda çox təhlükəli və qorxunc bir yer var. Adı Potato Chip Rock-dur. Turistlər arasında məşhur olan bu yerdə şəkil çəkdirmək üçün insanlar həyatlarını riskə atırlar.
Əslində isə hər şey göründüyü qədər qorxunc deyil. Sadəcə şəklin çəkilmə rakursundan asılıdır. Qaya 3 metrdən çox olmayan yüksəklikdə yerləşir və kifayət qədər ağırlığa tab gətirə bilər. Tursitlər bura şəkil çəkdirmək üçün gəlirlər.