Mədəniyyət menecerləri üçün – ONLAYN KURSLAR

Xəbərlər 25 Yanvar 2017 00:00 967
Mədəniyyət menecerləri üçün – ONLAYN KURSLAR

Avropa İttifaqının "Mədəniyyət və yaradıcılıq" Proqramı mədəniyyət menecerlərinin hazırlanmasını nəzərdə tutan yeni onlayn kurslara start verib. Proqramdan Seyyah.az-a verilən məlumata görə, kursda iştirakçılara marketinq və maliyyə strategiyalarının işlənib hazırlanması öyrədiləcək.

Kurslar yaradıcı ideyaların və biznes strategiyalarının bir araya gətirilməsinin müxtəlif metodlarıni təklif edən aparıcı avropalı mütəxəssislərdən qısa video mühazirələrindən ibarətdir. Onlar yeddi dildə təqdim olunur: rus, ingilis, azərbaycan, rumın, belarus, gürcü və ukrayna dillərində.

Artıq region ölkələrindən olan 3 mindən çox insan Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq" Proqramının təşəbbüsü ilə təşkil olunan kursları

dinləmiş və sertifikat əldə etmişdir.  Hər bir kursu dinləmək üçün təqribən 30 dəqiqə vaxt tələb olunur. Kurslarda praktik nümunələr və sənəd şablonları öz əksini tapır.

"Mədəniyyət təşkilatları üçün maliyyələşdirmə" kursunu Sara Telvell keçəcək. Kurs zamanı o, qazandığı təcrübəni dinləyicilərlə bölüşəcək, büdcənin tərtibi prosesinin bütün mərhələləri barədə məlumat verəcək, habelə, maliyyə işlərinin aparılması ilə bağlı şablonları təqdim edəcəkdir.

"Marketinq" mövzusunda isə Devid Perrişin təlim verəcək. O, mədəniyyət və biznes təcrübələrinin bir araya gətirilməsi məqsədilə innovativ metodlar işləyib hazırlayıb.

Onlayn kurslara qatılmaq üçün bu linkdən istifadə etmək olar.

https://www.culturepartnership.eu/publishing/online-learning    

OXŞAR XƏBƏRLƏR