Regional turizm idarələrinə yeni rəhbər təyinatı - ƏMR

Xəbərlər 25 Yanvar 2017 00:00 1229
Regional turizm idarələrinə yeni rəhbər təyinatı - ƏMR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən, regional mədəniyyət və turizm idarələrinə rəislər təyin edilib. Mədəniyyət və Turizm Nazirliyindən Seyyah.az-a verilən xəbərə görə,  Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinə rəhbərlik edəcək.

Bundan başqa, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

OXŞAR XƏBƏRLƏR