"“Bakı Yapon Filmləri Festivalı" keçiriləcək

Xəbərlər 26 Yanvar 2017 00:00 633
"“Bakı Yapon Filmləri Festivalı" keçiriləcək

Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda yapon mədəniyyətinin tanıtımı məqsədi ilə yanvarın 27-də Landmark Kinoklubda “Bakı Yapon Filmləri Festivalı”nın açılışı keçiriləcək.

Səfirlikdən Seyyah.az-a verilən məlumata görə, Festival 27-29 yanvar tarixləri arasında baş tutacaqdır. Açılışda tamaşaçılara “Sən yaxşı uşaqsan” filmi təqdim olunacaq. Adı çəkilən tədbir Azərbaycan xalqına Yaponiya mədəniyyəti və yaponların düşünmə tərzini daha dərindən tanıtmaq üçün gözəl fürsət yaradacaq və iki millət arasında daha yaxşı qarşılıqlı anlaşmanın qurulmasını təmin edəcək

Açılışda Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin çıxışı nəzərdə tutulub. Filmlər yapon dilində, Azərbaycan dili alt yazısı ilə təqdim olunacaq.

“Bakı Yapon Filmləri Festivalı” çərçivəsində tamaşaçılara aşağıda adları qeyd olunan 5 filmin nümayişi planlaşdırılır:

27 yanvar, 19:00: “Sən yaxşı uşaqsan” (kinorejissor- O Mipo,2015-ci il, ingilis dilində alt yazı121 dəq.), 28 yanvar, 13:00: “Sən yaxşı uşaqsan” (kinorejissor: O Mipo,2015-ci il, Azərbaycan dilində alt yazı121dəq.), 28 yanvar, 16:00: “Məktub” (kinorejissor: Şono Ciro, 2006-cı il, Azərbaycan dilində alt yazı, 121dəq.), 28 yanvar, 19:00: “Çevrəmizdəkilər” (kinorejissor: Haşiquçi Ryosuke, 2003-cü il, Azərbaycan dilində alt yazı142dəq.), 29 yanvar, 13:00: “Pekorosun anası ilə görüş” (kinorejissor: Azuma Morisaki, 2013-cü il, Azərbaycan dilində alt yazı113dəq.), 29 yanvar, 16:00: “Məktub” (kinorejissor: Şono Ciro, 2006-cı il, Azərbaycan dilində alt yazı, 121dəq.), 29 yanvar, 19:00: “Kaitan şəhərinin əhvalatları” (kinorejissor: Kazuyoşi Kumakiri, 2010-cu ilAzərbaycan dilində alt yazı152dəq.).

OXŞAR XƏBƏRLƏR