Türkiyədəki əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 26-da və 27-də İstanbulun “Atatürk” və “Sabiha Gökçen” hava limanlarında nəzərdə tutulan 463 aviareys təxirə salınıb.
Seyyah.az-ın məlumata görə, təxirə salınan reyslərin 327-si “Türk Hava Yolları”nın (THY) payına düşür. Ləğv edilən və yaxud vaxtı dəyişən reyslərlə bağlı sərnişinlərə əlavə məlumat vermək üçün “THY” şirkətində və hava limanlarında “qaynar xətt” yaradılıb.
Mənbə: Azərtac