Dubay Beynəlxalq Hava Limanı ikinci dəfə ardıcıl olaraq dünyada ən çox sərnişin qəbul edən aeroport seçilib. Bu barədə “Dubai Airports” hava limanın rəsmisi KİV-ə məlumat verib.
Seyyah.az-ın hava limanının rəsmi web səhifəsinə istinadən verdiyi məlumata görə, 2016-cı ildə hava limanı 83,6 milyon əcnəbi sərnişin qəbul edib. 2015-ci ildə isə bu göstərici 78 milyon olub.
Sərnişin sayının artmasının səbəblərindən biri də digər ölkələrin aviaşirkətlərinin cəlb olunması hesab olunur. Dubay hava limanına ən çox gələn əcnəbi sərnişin isə Hindistandan olub. Belə ki, 2016-cı ildə Hindistandan 11,4 milyondan çox sərnişin gəlib.
Sıralamanın ikinci pilləsində Səudiyyə Ərəbistanından olan sərnişinlər qərarlaşıb. Onların sayı 6,08 milyon nəfərdir. Üçlüyü isə 6,06 milyon nəfərlə Böyük Britaniyadan olan sərnişinlər tamamlayır.
Mənbə: Turizm.fins