Azərbaycanlı mütəxəssislərin təsisçiləri olduğu yenilik Azərbaycana gələcək türistlər üçün əla imkan yaradacaq. Yenilik turistlər üçün nəzərdə tutulmuş endirim kartıdır. FlameCard adlanan endirim kartı xarici turistlərə Bakı şəhərində onlarla restoranda endirim fürsəti təklif edir. Bundan başqa kart bölgələrdə də işləyəcək.
Kartın üstünlükləri
Kartın təqdim etdiyi üstünləklərdə biri də turistlərin endirim kartına sahib olduqdan sonra mobil proqram vasitəsilə restoranlar haqqında geniş məlumat əldə edə bilmələridir. FlameCard mobil proqramı İOS və Android sistemlərində ingilis, rus və ərəb dillərində fəaliyyət göstərəcəkdir. İstifadə qaydalarına gəlincə isə mobil proqramın tam versiyasına daxil ola bilmək üçün turistlər əldə etdikəri FlameCard-ın üzərindəki aktivasiya kodunu daxil etməlidirlər. Bu proqramın əsas özəlliklərindən biri də içərisində FlameCard-la əməkdaşlıq edən restoranların yerləşdirildiyi xəritənin olmasıdır. Turistlər bu xəritənin köməkliyi ilə restoranların 500 metr radiusunda olarkən onlara gedən bildirişə daxil olaraq restoranların şəkilləri, menyuları və restoran haqqında digər məlumatları əldə edə bilərlər.. Bundan əlavə turistlər ziyarət etdikləri restoranlar haqqında rəylərini də qeyd edə biləcəklər ki, buda həmin restoranda qonaq olmaq istəyən digər turistə bu restoranı seçib-seçməsi üçün məsləhətçi rolunu oynayacaq. Eyni zamanda müştərilərinə yaxşı xidmət göstərən restoranlar isə müsbət imic qazanacaqlar. Bundan başqa adları bu proqramda olan restoranlar çox asanlıqla müştəri cəlb etmək imkanı qazanacaqlar. Çünki məlumatı olmadığı bir ölkəyə gələn turist mütləqdi ki, başqa ölkələrdə də istifadə edilən bu proqrama etibar edəcək.
Endirimlərdən yararlana bilmək üçün restoranlar da FlameCard-ı təqdim etməlidirlər. Qeyd edək ki, FlameCard-ın tətbiqi həm turistlərin işlərini asanlaşdıracaq həm də restoranların müştəri cəlb etməsinə imkan yaradacaq. FlameCard təsisçiləri bu kartları BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, İran, Ukrayna və Rusiya kimi ölkələrdə satmağı qarşılarına əsas məqsəd qoyublar.