Dünyanın 7 ən bahalı hotel otağı

Xəbərlər 26 Yanvar 2017 00:00 1116
Dünyanın 7 ən bahalı hotel otağı

Səyahət növlərinin ən primitivi qeyri-kafi səyahətdir. Daha sonra ucuz səyahət, sonra səyahət, sonra biznes səyahəti və sonra elitar səyahət gəlir. Sadalananlardan daha çox  yüksəkdə olanı isə aşırı zəngin səyahətidir. Seyyah.az qərb KİV-lərinə istinadən dünyanın 7 ən bahalı otel nömrəsini təqdim edir.

Grand Hyatt Cannes Hotel Martinez-dəki Penthouse nömrəsi

 

Gecəsi 37 500 dollar olan və Kann-dakı Martinez otelində yerləşən Penthouse mənzilinin pəncərələri  Kann körfəzinin mənzərəsinə açılır. Nömrənin iki yataq otağı var.

 

Qəribədir ki, siyahıdakı digər mənzillərlə müqayisədə Grand Hyatt-ın gözəlliklər siyahısı “zənginlik” və “lyuks” kimi sözlər istifadə etmək əvəzinə, “kabelsiz internet”, “hamam xalatı” və “açılan pəncərələr” kimi sözləri sadalayır. Bu sadə təsvirlərin sizi aldatmağına imkan verməyin. Billionaire.com saytına əsasən bu dünyanın 4-cü ən bahalı otel otağıdır

Hilltop əmlak sahibinin Ficidə yerləşən Laucala ada kurortundakı qonaqlaması

 

Bu villanın gecəsi 40,000 dollar olmasına baxmayaraq, siz otağı asanlıqla rezervasiya edə bilməzsiniz. Siz bir gün ərzində bir çox 4 illik dövlət kolleclərinin təhsil haqqının ekvivalentini ödəmək üçün onlara kifayət qədər pul vermək imtiyazına sahib olmaqdan ötrü müraciət etməlisiniz.

 

Bütün ada Red Bull-un milyarder sahibinə məxsusdur, və adada 25 villa mövcuddur, lakin bu, ən yaxşısıdır. Villadan adanın panorama mənzərələrini seyr etmək mümkündür. Bundan əlavə, pulsuz masajlar və sahildə at çapma da bu villanın özəlliklərindəndir.

 

“Zəngin” sözünü müsbət göstərici kimi işlədildiyi villanın vebsaytında həmçinin şəxsi aşpaz, sürücü və şəxsi dayənin təminatı barədə də məlumat verilir.

Nyu-Yorkda Four Seasons otelindəki Ty Warner mənzili

 

Nyu-Yorkda Four Seasons otelindəki Ty Warner qonaqlamasında bir gecə qalmaq üçün siz 45,000 dollarınızdan keçməli olacaqsınız. Bu, şəhərin 360 dərəcəli görüntüsünə malik olmaqla yanaşı, Nyu-Yorkda ən hündür otel otağıdır və tikintisinə 7 il ərzində 50 milyon dollar xərclənib.

 

Las Veqasda yerləşən Palms kurortundakı The Sky Villa

 

Bir gecəsi 40,000 dollar olan Sky Villa şəxsi şüşə lift, eyvana qədər uzanan şüşə spa, quru sauna və 24 saat qulluğunuzda olan xidmətçi təklif edir.

 

Əslində bir neçə Sky Villa mövcuddur, lakin bunların arasında ən lyuksu Hugh Hefner Sky Villa adlanır.

Hindistanın Jaipur şəhərində yerləşən Raj Palace otelinin The Shahi Mahal mənzili

 

Hal-hazırda Azərbaycan bankları arasında korporativ müştəri uğrunda güclü rəqabət gedir.

 

Bir gecəsi 35,000 dollar olan St. Regis-dəki The Royal qonaqlaması BƏƏ-də yerləşən ən nəhəng otel otağıdır. Qonaqlama 2 mərtəbəlidir, qulluqçu xidməti və şəxsi teatrı mövcuddur.

 

 

Qonaqlamada həmçinin üzgüçülük hovuzu və oyun otağı da mövcuddur. Əsas yataq otağı demək olar ki, 1-ci mərtəbəni tam şəkildə əhatə edir və buradan rahatlıqla okeanı seyr etmək olur.

İsveçrənin Cenevrə şəhərində yerləşən President Wilson otelindəki The Royal Penthouse nömrəsi

 

Bir gecəsi 60,000 İsveçrə frankı, və ya valyuta məzənnəsindən asılı olaraq təxminən 68,000 dollar olan bu qonaqlama dünyada ən bahalı otel otağıdır. Burada dincələn şəxslərdən Bill Gates və Michael Douglas-ın adını çəkmək olar. Nömrənin özünün şəxsi liftinə, idman zalına və bilyard masasına malikdir. Burada təhlükəsizlik də maksimum səviyyədədir. Həmçinin qonaqlama Cenevrə gölünün panoram mənzərəsinə də sahibdir.

 

 

Yaxşı xəbər ondan ibarətdir ki, burada 6 nəfər gecələyə bilər (qonaqlamada 12 yataq otağı və vanna otağı mövcuddur, lakin sayta əsasən yalnız 6 nəfər burada gecələyə bilər). Bu da o deməkdir ki, siz qonaqlamanın qiymətini zəngin dostlarınızın arasında bölə bilərsiniz.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR