Seyyah.az yaxın aylarda dünyanın müxtəlif ölkələrində keçiriləcək sərgilərin təqvimini təqdim edir.
Eqon Şilenin işlərinin sərgisi
Harada: Vyana, Albertina Qalereyası
Nə vaxt: 22 fevral - 18 iyun
2018-ci ildə avstriyalı yazıçı Eqon Şilenin ölümündən 100 il ötür. Bu tarixə həsr olunmuş sərgi marafonu Vyanada "Albertina" qalereyasında retrospektivlə başlayacaq. Rəssam 28 yaşında dünyasını dəyişsə də o zamana qədər 300 rəsm əsəri və 3 mindən çox rəsm yarada bilib. Bu işlərin əksəriyyətində çılpaq qadınlar təsvir olunub.

Vermeyer və janr rəssamlığının ustaları
Harada: Luvr, Paris
Nə vaxt: 22 fevral - 22 may
Luvrda holland rəssamlığının Qızıl dövrünün ustalarının (Rembrandt, Vermeyer və Liver müasirlərinin əhatəsində) işləri nümayiş olunacaq.

"Bryus Konner. Bütün bunlar həqiqətdir"
Harada: Madrid, kraliça Sofiyanın İncəsənət Mərkəzi
Nə vaxt: 22 fevral - 22 may 2017
Müharibədən sonrakı dövrün əsas Amerika rəssamlarından biri Konner öz 16 mm-lik plyonkaya çəkilmiş eksperimental videofilmlər və tapılmış obyektlərdən ibarət assamblyajları ilə tanınıb. Konner hər iki janrda öz məşhur işlərini yaratdığı 50-ci illərin sonunda məşhur oldu. Kraliça Sofiya İncəsənət Mərkəzində keçiriləcək sərgidə rəssamın 200-ə yaxın işini görmək mümkün olacaq.

"Ulduzların arxasında. Monedən Kandinskiyə qədər mistik peyzaj"
Harada: Paris, Orse muzeyi
Nə vaxt: 14 mart - 25 iyun 2017
Sərgi peyzajda mistisizmə həsr olunub. Bu fenomen müxtəlif ölkə və qitələrdən olan rəssamları birləşdirir. Təqdim olunan işlərin arasında 19-20 əsr Avropa rəssamları və 1920-1930-cu illər Kanada məktəbinin ustalarının əsərlər var.

57-ci Venesiya biennalesi
Harada: Venesiya
Nə vaxt: 13 may - 26 noyabr
57-ci Venesiya müasir incəsənət biennalesinin mövzusu "Viva arte viva" (Yaşasın, canlı incəsənət!) olacaq, Cardini, Arsenale və Venesiyanın digər meydanlarında keçiriləcək. Əsas layihəyə baxdıqdan sonra milli pavilyonlara nəzər yetirməyi tövsiyə edirik.

"1989-cu ildən sonra incəsənət və Çin: Sülh teatrı"
Harada: Nyu-York, Quqqenhaym muzeyi
Nə vaxt: 6 oktyabr 2017 - 7 yanvar 2018
Sərginin proqramında 1989-2008-ci illərə aid 70-dən çox müəllifin işləri təqdim olunacaq. Mübarizə və siyasət bütün təqdim olunan işlərin əsas mövzusudur.

Pikassso - Cakometti
Harada: Paris, Pikasso muzeyi
Nə vaxt: 4 oktyabr 2016 - 5 fevral 2017
Sərgi Cakometti Fondu ilə birgə təşkil olunub və iki usta - Pablo Pikasso və Alberto Cakomettinin yaradıcı peripetiyalarını təqdim edir. Cakomettinin yaradıcılığını daha böyük miqyada yayda Teyt Modern muzeyində görmək mümkün olacaq. 10 may - 10 sentyabr tarixlərində muzeydə onun retrospektivi baş tutacaq.

İv Klyayn
Harada: Tey Liverpul
Nə vaxt: 21 oktyabr 2016 - 5 mart 2017
Öz monoxrom əsərləri ilə tanınan fransız novator-rəssam İv Klyayn təkcə rəssamlıqla deyil, həm də prosessual incəsənət növləri ilə çoxlu eksperimentlər edib. Göy rəng, demək olar ki, rəssamın rəmzi olub. Onun üçün isə bu rəng səma, kosmos və şüurun hüdudlarından kənara çıxma anlamına gəlirdi. 20 il ərzində ilk sərgi onun işlərini daha geniş rakursda təqdim edəcək.

"Fransis Pikabia: bizim başlarım dairəvidir, odur ki fikirlər öz istiqamətini dəyişə bilər"
Harada: МОМА, Nyu-York
Nə vaxt: 21 noyabr 2016 - 19 mart 2017
Fransız rəssam Fransis Pikabianın ilk retrospektivi onu müxtəlif stil və texnikaların ustası kimi göstərir. Sərgidə 200-dən çox iş təqdim olunub. Onların arasında 125 rəsm əsəri, eləcə də əsas qrafika, periodika, illüstrasiyalı məktub və filmlər var.

Say Tvombli
Harada: Paris, Pompidu mərkəzi
Nə vaxt: 30 noyabr 2016 - 24 aprel 2017
Amerikalı rəssam və heykəltəraş Saya Tvomlinin işləri kalliqrafiya və tayfa incəsənəti, eləcə də poeziyadan ilhamlanaraq işlənib. Pompiduda onun üç əsas sikli təqdim olunub: "Kommod barədə 9 diskurs"(1963), "İliamda 50 gün" (1978) və "Sesostrisin tacqoyması" (2000). Onlar izləyicinin diqqətini 140 rəsm, qrafika, heykəltəraşlıq və fotoqrafiya əsərindən ibarət restrospektivə yönəldir.

Robert Rauşenberq
Harada: Teyt Modern, London
Nə vaxt: 1 dekabr 2016 - 2 aprel 2017
Kollaj və redimeyd ustası Robert Rauşenberq müxtəlif texnikalarla çoxlu eksperimentlər edib, abstrakt eksperissionizm ardıcılı, daha sonra isə pop-art və konseptualizm davamçısı olub. Sərgi MOMA ilə birgə təşkil olunub və onun 2008-ci ildə ölümündən sonra isə ilk böyük miqyaslı retrospektivini təqdim edir.

Mənbə: Buro247
MədfgfhM
Mənbə: http://www.buro247.az/culture/news/ham-muzey-ilin-sas-s-rgil-ri.html